Bank Of Baku

Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi pay torpaqlarına şamil edilməyə bilər

Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi pay torpaqlarına şamil edilməyə bilər
# 06 may 2016 15:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Vergilər Məcəlləsinə dəyişikliyə əsasən təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsi, yəni vergilərin məbləğinin 10 000 min dəfəyə qədər artırılması ciddi müzakirə mövzusu olub.

 

APA-nın məlumatına görə, millət vəkili Vahid Əhmədov bunun Azərbaycanda özəlləşmə nəticəsində vətəndaşlara verilən pay torpaqlarına tətbiq edilməməsinin ən düzgün seçim olacağını bildirib.

 

Millət vəkili Çingiz Qənizadə deyib ki, təyinatı üzrə istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat verginin tələb olunması ciddi narazılığa yol açacaq və son nəticədə məsələyə Azərbaycan prezidenti müdaxilə etməli olacaq. Millət vəkili bu verginin pay torpaqlarına tətbiq edilməməsini vacib sayıb. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bu verginin tətbiqinin problemli olacağını qeyd edib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitədə qanun layihəsinin müzakirəsi zamanı bu məsələnin qaldırıldığını və Vergilər Nazirliyinin nümayəndəsinin Azərbaycanda pay torpaqlarının sahəsinin böyük olduğunu əsas gətirərək həmin verginin pay torpaqlarına tətbiq edilməməsi təklifini məqbul saymadığını söyləyib.

 

Spiker Oqtay Əsədov isə məsələnin müvafiq qurumlarla yenidən müzakirə edilə biləcəyini qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR