Bakı. Vüsal Nəbiyev - APA-Economics. İnquşetiya Cənubi Qafqaz ölkələri ilə sıx əməkdaşlıq edir.
"APA-Economics" xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" portalına müsahibəsində Rusiya Federasiyasnın İnquşetiya Muxtar Respublikasının rəhbəri Yunus-bek Yevkurov deyib.
"Biz süd və ət məhsullarının istehsalı kompleksinin tikintisində Azərbaycanın təcrübəsindən yararlanırıq. Azərbaycanlı mütəxəssislər bizə bu məsələdə yardım edirlər", - deyə o bildirib.