Avropa Birliyinin dəstəyi ilə Azərbaycanda sosial müdafiə üzrə yeni tvinninq layihəsinə start verilib
27 fevral 2012 09:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Fransa Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (ADECRI) sosial müdafiə üzrə tvinninq layihəsinə start verilib.
“APA-Economics”in xəbərinə görə, Avropa Birliyinin (AB) himayəsi altında həyata keçiriləcək layihə 18 ay davam edəcək.
Layihə ƏƏSMN-ə və Azərbaycanın sosial müdafiə üzrə digər dövlət strukturlarına məlumatların təhlili, sosial büdcənin və strateji planlaşdırmanın proqnozlaşdırılması, monitorinqi, qiymətləndirilməsi və tərtibi sahəsində potensiallarının möhkəmləndirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində Azərbaycanın sosial müdafiə sistemində islahatlar haqqında ictimai debatların həvəsləndirilməsi və ictimaiyyətin yeni sosial dəyişikliklər haqqında məlumatlılığının artırılması məqsədilə müxtəlif tədbirlər təşkil olunacaq.
“Cəmiyyətin etibarlı və sabit inkişafı üçün effektiv sosial müdafiə sistemi zəruridir. Avropa bu sahədə təcrübəyə malikdir və bu təcrübəni azərbaycanlı tərəfdaşlarımızla bölüşməkdən məmnunuq” - deyə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

Sosial
İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO
11:38
23 may 2024
Ötən il ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlanıb
11:11
23 may 2024
Xaricdəki azərbaycanlılar və lobbi quruculuğuyla əlaqədar 6,5 milyon manat sərf olunub
11:06
23 may 2024
Ötən il ƏƏSMN-ə ayrılmış vəsaitin istifadə olunduğu istiqamətlər açıqlanıb
11:03
23 may 2024