Bakı-APA. Nigeriyanın şimal-şərqində hökumət qüvvələri və “Boko Haram” radikal dini qruplaşmasının dəstələri arasında döyüşlər davam edir.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, irimiqyaslı əməliyyatlar hazırda Borno ştatının Bulanbuli şəhərində aparılır. Döyüşlər zamanı 40-dan çox terrorçu öldürülüb, 4 hərbçi həlak olub, 9-u isə yaralanıb.
Qeyd edək ki, hərbi əməliyyat bir neçə gün əvvəl 100-dən çox məktəbli qızın girov götürüldüyü yaşayış məntəqəsinin yaxınlığında aparılır.
Hərbçilərin ehtimalına görə, terrorçular məktəbliləri Borno ştatındakı meşə massivlərinin birində saxlayırlar.