Bank Of Baku

Azad edilmiş ərazilərdə ötən ay 1700-ə yaxın mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 1700-ə yaxın mina aşkarlanıb
# 01 noyabr 2023 17:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767, tank əleyhinə 928 mina və 8537 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 6 687.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR