Bank Of Baku

Azərbaycan hərbçisi Çində mükafatlandırılıb

Azərbaycan hərbçisi Çində mükafatlandırılıb
# 02 noyabr 2023 10:04 (UTC +04:00)

Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR