Bank Of Baku

MN: Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb

MN: Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb
# 18 noyabr 2023 16:27 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan MN-dən məlumat verilib.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR