8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
APA MN-ə istinadən xəbər verir ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ziyarət çərçivəsində şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.
***
08.47
Müdafiə Nazirliyinin zabit heyəti Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.