Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində qeyd edilib.
Bildirilib ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin elektrikləşdirilməsi davam edir.