Bank Of Baku

Türkiyə MN Azərbaycanda keçirilmiş birgə təlimdən görüntülər paylaşıb - VİDEO

Türkiyə MN Azərbaycanda keçirilmiş birgə təlimdən görüntülər paylaşıb - VİDEO
# 01 noyabr 2023 18:10 (UTC +04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilmiş "Mustafa Kamal Atatürk Təlimi"ndən görüntülər paylaşıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib:

“Bir ürək, bir yumruq! Qardaş Azərbaycan Ordusu ilə birgə təşkil edilən və Hərbi Hava Qüvvələrimizin şəxsi heyətinin də xidmət göstərdiyi nəfəs kəsən görüntülər...”, - paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR