Bank Of Baku

Xankəndi-Şuşa istiqamətində kustar üsulla hazırlanmış atəş qurğuları aşkarlanıb - FOTO

Xankəndi-Şuşa istiqamətində kustar üsulla hazırlanmış atəş qurğuları aşkarlanıb - FOTO
# 30 oktyabr 2023 13:33 (UTC +04:00)

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xəbərə görə, bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanıb.
Qeyd edilib ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR