Misirdə naməlum silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 hərbçinin öldüyü bildirilirdi.
Məlumata görə, iki silahlı hərbçilər tərəfindən məhv edilib. İnsident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.
İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.
***
00:51
Misirdə naməlum silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, hücum nəticəsində 6 hərbçi ölüb. Hazırda məntəqə ətrafında silahlılarla hərbçilər arasında döyüş davam edir. Hadisə yerinə əlavə hərbi qüvvələr göndərilib.