Azərbaycan prezidenti Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannislə görüşüb

Azərbaycan prezidenti Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannislə görüşüb
# 04 oktyabr 2012 12:48 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannislə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, onun ölkələr və xalqlar arasında humanitar əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR