Əsgər Abdullayev “Neftçi”nin Müşahidə Şurasından ayrılıb

Əsgər Abdullayev “Neftçi”nin Müşahidə Şurasından ayrılıb
# 15 mart 2016 10:59 (UTC +04:00)

Bakı – APA. “Turan Tovuz” klubu ilə artıq razılığa gəlmişəm. Komandanın yeni baş məşqçisi mən olacam”. Bu sözləri apasport.az saytına açıqlamasında Əsgər Abdullayev deyib.

“Qəbələ” ilə çempionat görüşündən sonra “Neftçi”nin baş məşqçi postunu tərk edən Abdullayevin fəaliyyətini I divizionda davam etdirəcəyi dəqiqləşib.

Əsgər Abdullayev əməkdaşımızla söhbətində bildirib ki, “Turan Tovuz”la neçə illik müqavilə imzalayacağı hələ müəyyənləşməyib: “Komanda növbəti oyununu “Neftçala”ya qarşı keçirəcək. Mən də Neftçalaya gedəcəm və matçı tribunadan izləyəcəm. Neçə illik müqaviləyə qol çəkəcəyimiz bu görüşdən sonra bilinəcək. “Turan Tovuz”dakı fəaliyyətimə də məhz ondan sonra başlayacam”.

Tovuz təmsilçisində çalışacaq Əsgər Abdullayev “Neftçi”nin Müşahidə Şurasındakı fəaliyyətini bitirəcək: “Həm baş məşqçi, həm də başqa klubun Müşahidə Şurasının üzvü olmaq düzgün deyil. Hesab edirəm ki, mənim yerim meydançadı”.

Qeyd edək ki, Əsgər Abdullayev 2011-ci ildə də Tovuz komandasını çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR