Azərbaycanda ötən ay yeni doğulmuşlar üçün 14585 Elektron Sağlamlıq Kartı paylanıb

Azərbaycanda ötən ay yeni doğulmuşlar üçün 14585 Elektron Sağlamlıq Kartı paylanıb
# 05 iyul 2013 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi iyun ayına olan statistik məlumatı açıqlayıb. APA-nın xəbərinə görə, məlumatlar Elektron Səhiyyənin iyun ayına olan bülletenində öz əksini tapıb. İyun ayında yeni doğulmuşlar üçün 14585 Elektron Sağlamlıq Kartı paylanıb. Bundan əlavə, tibbi müayinədən keçən işçilər 5385 Tibbi Müayinə Kartı, şəkərli diabetlər isə 1744 ədəd İmtiyazlı Kartla təmin olunub.

“Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə” daxil edilmiş informasiya sistemlərinin sayı barədə olan statistik göstəricilərə görə, Səhiyyə Nazirliyi 64 müəssisədən 15-ci yerdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası ilə barədə məlumata əsasən 43 müəssisədən 14-cü yerdə (10 elektron xidmətdən 2643 nəfər istifadə etməklə) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR