Azərbaycanda 9-cu sinif şagirdi intihar edib

Azərbaycanda 9-cu sinif şagirdi intihar edib
# 12 iyun 2013 11:12 (UTC +04:00)

Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Hümbətova Fatimə Vahid qızı özünü yaşadığı evdə asaraq intihar edib.

Prokurorluqdan həmçinin bildirilib ki, intihar edən qız 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Şəmkir rayonunda 10-cu sinif şagirdi intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR