Azərbaycanda əksər tikinti materiallarının istehsalı azalıb

Azərbaycanda əksər tikinti materiallarının istehsalı azalıb
# 24 yanvar 2017 13:52 (UTC +04:00)

2016-cı ildə ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 2015-ci illə müqayisədə 10,6% azalaraq 346,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ölkədə 2 309,5 min ton sement istehsal olunub ki, bu da 2015-ci il ilə nisbətdə 14,8% azalma deməkdir. Nəticədə bu ilin yanvarın 1-nə 41 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu müddətdə sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı da 37,3% azalaraq 80 663 min ton olub. Nəticədə bu ilin yanvarın 1-nə 1 773 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il 147,2 min ton tikinti gipsi istehsal olunub ki, bu da 2015-ci il ilə müqayisədə 25,1% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 2,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ölkədə tikinti kərpicinin istehsalı 22,5% azalaraq 205,5 min kubmetr təşkil edib. Nəticədə bu ilin yanvarın 1-nə 22 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il Azərbaycanda hörmə üçün hazır beton qarışığının istehsalı isə 57,1% azalaraq 404,6 min ton olub. Nəticədə bu ilin yanvarın 1-nə 2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,8% azalaraq 7 509,4 ton təşkil edir. Ötən il Azərbaycanda asfalt istehsalı isə 24,9% azalıb və 345,8 min tona bərabər olub.

Ancaq bununla belə tikinti materiallarının istehsalında artım olan məhsullar da mövcuddur. Belə ki, ötən il ərzində Azərbaycanda tikinti əhənginin istehsalı isə bu müddət ərzində 65,9% artaraq 27 447,5 min ton olub. Nəticədə bu ilin yanvarın 1-nə 2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, ötən il betondan yığma tikinti konstruksiyalarını istehsalı 4,0 dəfə artaraq 88,2 min kubmetr təşkil edib. Bu ilin yanvarın 1-nə 2,1 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR