Mançesterdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Mançesterdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
# 26 may 2017 23:21 (UTC +04:00)

İngiltərənin Mançester şəhərində törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam terror fəaliyyəti şübhəsi ilə 44 yaşlı kişi saxlanılıb.

Ümumilikdə terror hadisəsi ilə əlaqədar indiyədək 11 nəfər saxlanılıb. Onlardan ikisi hər hansı ittiham irəli sürülmədən sərbəst buraxılıb.

Mayın 23-ə keçən gecə Mançesterdə törədilən partlayış nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 120 nəfər yaralanıb, 9 nəfər itkin düşmüş hesab edilir. Hazırda xəstəxanalarda 66 nəfərin müalicə aldığı, yaralılardan 23-ün vəziyyətinin ağır olduğu bildirilir. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR