Aydın Əliyev: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanlarının üzərinə ağır vəzifələr düşür”

Aydın Əliyev: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanlarının üzərinə ağır vəzifələr düşür”
# 23 aprel 2014 10:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər regionu neft-qaz resurslarının zənginliyi, Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanlarının üzərinə ağır vəzifələr qoyur.

APA-Economics”in məlumata görə, bunu bu gün keçirilən I Xəzər Enerji Forumunda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A. Əliyev qeyd edib ki, gömrük orqanları bir tərəfdən xarici ticarətlə bağlı proseduraların sadələşdirilməsinin sürətləndirilməsi sahəsində işlər görməli, həm də dünyada baş verən proseslərlə bağlı çirkli pulların yuyulması və terrorçuluqla mübarizə aparmalıdır: “Bu da eyni zamanda həyata keçirilən əməliyyatlara nəzarətin daha da gücləndirilməsi funksiyaları da həyata keçirilməlidir. Gömrük Komitəsinə gömrük statistikasının aparılması və cinayətkarlıqla mübarizə kimi əsas funksiyalar verilib”.

Komitə sədri deyib ki, hər bir sahədə olduğu kimi gömrük xidmətində də işlərin müvəffəqiyyətli təşkili üçün ilk növbədə normativ bazanın qorunması əsas vəzifələrdən biridir: “Artıq Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin “İnkişaf Proqramı” ilə birgə həyata keçirdiyimiz layihələrdən biri də dünya standartlarına əsaslanan Gömrük Məcəlləsinin hazırlanmasıdır. Bununla bağlı 59 sənəd hazırlanaraq qəbul olunub”.

Komitə sədri əlavə edib ki, son illər ərzində bütün sərhəd-keçid məntəqələri müasir standartlara cavab verən texnologiyalarla yenidən qurulub: “Həm qanunvericiliyin olması, həm də maddi-texniki bazanın yenilənməsi sayəsində gömrük orqanları savadlı və peşəkar kadrlarla da təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR