Gürcüstanda azərbaycanlı gənc xeyli miqdarda narkotiklə saxlanılıb

Gürcüstanda azərbaycanlı gənc xeyli miqdarda narkotiklə saxlanılıb
# 25 dekabr 2015 07:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Marneuli rayonunun Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Kirəc Muğanlı kəndində Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən xeyli miqdarda narkotik alışı və saxlanmasında günahlandırılan azərbaycanlı gənc saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Əvvəllər məhkum olunan Q. Vüqarın üstündən 1,8 qram 12 ədəd tramadol həb və 7.9973 qram digər narkotik tərkibli preparat tapılıb. Ekspertizanın məlumatına görə, həmin preparatın içində 4. 5466 qram heroin aşkar edilib. Məlumata görə, saxlanılan gənc tiryək təsiri altında olub və günahını boynuna alıb.

Gürcüstan DİN-dən bildirilib ki, onun barəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR