Azərbaycan vətəndaşları "İş yerinə dair arayış" elektron xidmətindən çox istifadə edir

Azərbaycan vətəndaşları "İş yerinə dair arayış" elektron xidmətindən çox istifadə edir
# 07 avqust 2015 13:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında aktual olan daha bir elektron arayışın statistikasını açıqlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, statistikaya əsasən, iyul ayı ərzində vətəndaşlar "İş yerinə dair arayış" elektron xidmətindən 18 547 dəfə faydalanıb.

Bu elektron arayış vətəndaşlara kredit götürmək üçün bir sıra banklara və kredit təşkilatlarına müraciət etmək imkanı verir.

"İş yerinə dair arayış"ın əldə edilməsi üçün "Elektron hökumət" portalında autenfikasiyadan keçmək tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR