“TuranBank” II rübü 1,3 mln. manatlıq zərərlə başa vurub

“TuranBank” II rübü 1,3 mln. manatlıq zərərlə başa vurub
# 18 iyul 2016 13:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “TuranBank”ın aktivlərinin həcmi 2016-ci ilin II rübündə 487,497 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,17% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,33% artaraq 268,819 mln. manat olub.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 12,630 mln. manat təşkil edir.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 15,1% artaraq 179,725 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 167,541 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 38% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,13% azalaraq 51,565 mln. manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. 002,5 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 11,3% azalaraq 18,344 mln. manat, xərcləri isə 17% artaraq 19,610 mln. manata çatıb.

 

Cari ilin ilk altı ayını bank 1 mln. 265,5 min manat zərərlə başa vurub.

 

Hazırda bankın ölkə üzrə 15 filialı, 26 bankomatı, 152 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR