"Azərpoçt"un 18 əməkdaşı işdən azad edilib, "Rabitə Dünyası" qəzeti bağlanıb

"Azərpoçt"un 18 əməkdaşı işdən azad edilib, "Rabitə Dünyası" qəzeti bağlanıb
# 19 dekabr 2015 10:56 (UTC +04:00)

Bakı-APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir.

APA-nın əldə etdiyi məlumata görə, son bir həftə ərzində nazirliyə məxsus "Azərpoçt" MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib.

Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.

Eyni zamanda nazirliyin "Rabitə dünyası" qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatların aparılması ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR