Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
# 06 fevral 2020 22:25 (UTC +04:00)

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Bibiheybətdə qeydə alınıb.

Təxminən 40-45 yalarında olan piyada yolu keçmək istəyərkən onu minik maşını vurub. İlkin müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu təyin edilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR